İsrail ordusu Qəzzada 40 hərbi obyektə zərbə endirib

11:07 - 14 Avqust 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağının hər yerində 40 müxtəlif radikal hədəfə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hücum edilən hədəflər arasında terrorçuların tank əleyhinə raketlər buraxdığı strukturlar və qoşunlara təhlükə yaradan terrorçular olub.

Bundan əlavə, Qəzzanın mərkəzi hissəsində HƏMAS-ın terrorçu hədəflərini zərərsizləşdirilib.

Xəbər xətti