Türkiyəyə gələn əcnəbilərdən barmaq izləri alınacaq

10:24 - 14 Avqust 2024 - DÜNYA

Türkiyə hakimiyyəti ölkəyə gələn əcnəbilərdən barmaq izlərini almağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sabah” qəzetinə respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Əli Erlikaya məlumat verib.

“ABŞ və İngiltərədə olduğu kimi Türkiyəyə girərkən barmaq izlərini götürəcəklər” - deyən nazir layihənin nə vaxt başlayacağını açıqlamayıb.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri respublikada müvəqqəti mühafizə statusu almış şəxslərin şəxsiyyət vəsiqələrinin çiplənməsi planlarını da açıqlayıb. Bu, ilk növbədə, ölkədə yaşayan Suriya vətəndaşlarına aiddir. Yerlikaya qeyd edib ki, belə sənədləri saxtalaşdırmaq mümkün deyil və onların istehsalına artıq başlanılıb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 4,4 milyon əcnəbi var ki, onlardan 3,1 milyonu Suriya vətəndaşıdır.

Xəbər xətti