Çin və Tailand birgə hərbi təlimlər keçirəcək

09:52 - 14 Avqust 2024 - DÜNYA

Çin və Tailandın Hərbi Hava Qüvvələri avqustda birgə təlimlər keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Çin və Tailand hərbçiləri arasında illik əməkdaşlıq planına əsasən, avqust ayında Tailand Hərbi Hava Qüvvələri bazasında iki ölkənin birgə hərbi hava qüvvələri “Eagle Strike 2024” təlimləri keçiriləcək. 

Çinin Tailanddakı manevrlərə bir neçə növ təyyarə və xüsusi təyinatlılar göndərəcəyi qeyd olunur.

Qeyd edildiyi kimi, təlimlər hər iki tərəfin silahlı qüvvələrinin hərbi-texniki səviyyəsinin artırılması, Çin və Tailand hərbçiləri arasında praktiki mübadilə və əməkdaşlığın dərinləşdirilməsi” məqsədi daşıyır.

Xəbər xətti