İki çəki dərəcəsində Ultimate Fighting Championship (UFC) çempionu olmuş irlandiyalı Konor Makqreqor 2024-cü ildə döyüşə qayıtmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə promosyonun rəhbəri Dana Uayt məlumat verib.
"Biz danışdıq. McGregor döyüşmək istəyir, amma bu il döyüşməyəcək" - Uayt bildirib.
İyunun sonunda Makqreqor UFC 303-də amerikalı Maykl Çandlerlə döyüşməli idi. Lakin irlandiyalı döyüşə hazırlıq zamanı ayağının barmağını sındırdıqdan sonra döyüş ləğv edilib.