Pekin bir həftə əvvəl orbitə buraxılan 18 peyki olan "Long March 6A" raketinin partladığını etiraf edib.
Ucnoqta.az xəbər evrir ki, bu barədə Bloomberg yazıb. Bu partlayış son onilliklərdə kosmik dağıntıların ən böyük mənbələrindən birinə çevrilə bilər. ABŞ daha əvvəl orbitdə 300-dən çox izlənilə bilən zibilin əmələ gələ biləcəyini bildirmişdi.
Çin Xarici İşlər Nazirliyi agentliyə bildirib ki, ölkə kosmik tullantılarla mübarizəyə böyük əhəmiyyət verir, artıq tədbirlər görülüb və orbitə nəzarət edilir.
Eyni zamanda, Çin Kosmik Elm və Texnologiya Korporasiyası daha əvvəl uğurlu buraxılış haqqında məlumat vermişdi.