İsrail Qəzzanı vurdu - 16 nəfər ölüb

07:41 - 14 Avqust 2024 - DÜNYA

İsrailin Qəzza zolağında Əl-Məğazi qaçqın düşərgəsi və Beyt Lahiya qəsəbəsinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Daha əvvəl 5 nəfərin öldüyü barədə məlumat yayılmışdı. Telekanalın məlumatına görə, hücumlar səhər tezdən yaşayış binalarına edilib. İsrail artilleriyası anklavın cənubundakı Rafah şəhərini də atəşə tutur.///tass

Xəbər xətti