Çilinin şimalındakı "Escondida" mis mədənində işçilər iş şəraitinin yaxşılaşdırılması üçün BHP Billiton ilə razılığa gələ bilmədikləri üçün tətilə başlayıblar.
Ucnoqta.az xebər verir ki, bu barədə “Emol” internet portalı məlumat yayıb.
Məlumata görə, müəssisədə 2800 işçini birləşdirən həmkarlar ittifaqı əmək müqavilələrinin şərtlərinin yaxşılaşdırılması ilə bağlı danışıqlardan sonra "Escondida"ya nəzarət edən şirkətin son təklifini rədd edib.
Tətilçilər dünya bazarında misin qiymətinin artması fonunda maaşların artırılmasını tələb edirlər.
Tətilin bitmə tarixi hələ müəyyən edilməyib. Həmkarlar ittifaqı rəhbərliyi xəbərdarlıq edib ki, "uzunmüddətli tətil" ehtimalını nəzərdən keçirir.
Escondida qlobal mis istehsalının təxminən 5%-ni təşkil edir. 2017-ci ildə mədən işçilərinin tətili 44 gün davam etdi və bu, bu metalın dünya qiymətinin artmasına səbəb oldu.