Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda "Ludoqorets" komandası ilə cavab oyunu keçirib.
Ucnoqta.az xəbər verir ki, saat 22:00-da start götürən qarşılaşma "Qarabağ"ın 7:2 qələbəsi ilə yekunlaşıb. Oyunun əsas hissəsində qalib müəyyənləşmədiyindən əlavə iki hissə oynanılıb.
Qarşılaşma "Ludoqorets Arena"da keçirilib.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesabı ilə qələbə qazanmışdılar.
İki oyunun nəticəsinə görə, Azərbaycan komandaı növbəti mərhələyə yüksəlib.
"Qarabağ" ÇL-in pley-off mərhələsində Zaqreb "Dinamo"su (Xorvatiya) ilə üz-üzə gələcək.
Pley-off görüşləri 20-21 və 27-28 avqust tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
13 avqust
22:00. “Ludoqorets” (Bolqarıstan) - “Qarabağ” (Azərbaycan) - 2:7 (Əlavə vaxt)
Qollar: Juninyo, 7 (0:1), Kvadvo Dua, 13 (1:1), 23-pen. (2:1), Yassin Benzia, 45+1-pen. (2:2), Patrik Andrade, 45+5 (2:3), Toral Bayramov, 93 (2:4), Redon Cica, 110 (2:5), Patrik Andrade, 112 (2:6), Yassin Benzia, 118 (2:7)
Hakimlər: Simone Sozza, Giorgio Peretti, Davide İmperiale, Matteo Marchetti
“Ludoqorets Arena”
İlk oyun - 2:1