Dövlət Departamenti İsrailə 18,82 milyard dollar dəyərində F-15 qırıcı təyyarələri və müvafiq avadanlıq satışına icazə verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Sənəddən məlum olduğu kimi, İsrail bundan əvvəl ABŞ-a 50 ədəd yeni çoxməqsədli F-15İA qırıcısı, mövcud F-15I qırıcılarının modifikasiyası üçün dəstlər, mühərriklər, radarlar, buraxılış qurğuları və digər avadanlıqların alınması ilə bağlı sorğu göndərib.
Təsdiq edilmiş müqavilə çərçivəsində tədarüklərin 2029-cu ildə başlanması gözlənilir. Pentaqon iddia edir ki, döyüş təyyarələrinin satışı "bölgədəki hərbi qüvvələrin əsas balansını pozmayacaq".
Dövlət Departamenti həmçinin İsrailə 102,5 milyon dollar dəyərində 30 ədəd AIM-120 AMRAAM hava-hava raketləri və müvafiq avadanlıqların, 774,1 milyon dollar dəyərində 120 mm-lik tank sursatlarının, 61,1 milyon dollar dəyərində minaatan patronlarının, 58 milyon dollar dəyərində M1148A1P2 taktiki maşınların və müvafiq avadanlıqların 1 milyon dollara satışını təsdiqləyib.
Pentaqonun açıqladığı sənədlərdə qeyd edildiyi kimi, departament qeyd olunan avadanlıqların İsrailə satışı üzrə əməliyyatlar barədə çərşənbə axşamı ABŞ Konqresini məlumatlandırıb.