Küçədə itə balta ilə işgəncə verdi 

18:15 - 13 Avqust 2024 - Cəmiyyət

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, "Dsk yolu" adlanan ərazidə naməlum şəxs balta ilə iti vəhşicəsinə döyüb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Şikayətçinin sözlərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Belə ki, baltalı şəxs ətrafdakılara məhəl qoymadan itə vəhşicəsinə işgəncə verib:

"Küçədə uşaqlar var idi, o isə heç kimə məhəl qoymadan itə xəsarətlər yetirdi". 

Küçədə itə işgəncə verən şəxslə bağlı polis hərəkətə keçib.

Bu barədə  DİN-in Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov məlumat verib.

"Görüntülərdən məlumatlıyıq, həmin şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək, - deyə o bildirib.

 

Xəbər xətti