Serbiya Respublika Hidrometeorologiya İnstitutu (RGI) vətəndaşlara ölkədə temperaturun 41 dərəcəyə qədər yüksələcəyi ilə bağlı xəbərdarlıq edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, avqustun 13-dən bütün respublika ərazisində hava şəraitinin ən yüksək təhlükəsi müşahidə olunmağa başlayıb.
RGI-nin proqnozlarına görə, “Avqustun 18-dək bütün həftə ərzində hava çox isti olacaq, maksimum temperatur 35-41 dərəcə olacaq”.
Belqradda gündüz temperatur 38 dərəcəyə çatacaq və onu keçəcək.