Britaniyanın xarici işlər naziri və Livanın baş naziri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

16:45 - 13 Avqust 2024 - DÜNYA

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Livanın baş naziri Nəcib Mikati ilə telefon danışığı apardığını və bu zaman tərəflərin Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu abrədə Lemmi X-də yazıb.

"Bu, Yaxın Şərqdə sabitlik üçün kritik məqamdır. Livanın baş naziri Nəcib Mikati və mən bütün tərəflərin təcili və dərhal gərginliyi azaltmasının vacibliyini yenidən müzakirə etdik. Heç bir gecikmə ola bilməz, döyüşlər indi dayandırılmalıdır", - XİN başçısı qeyd edib.

Xəbər xətti