Serj Sarkisyanın kürəkəninə qarşı yeni cinayət işi açılıb

15:22 - 13 Avqust 2024 - DÜNYA

Avqustun 6-da prokurorluq eks-prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı yeni cinayət işi açıb.

Ucnoqta.az xəbər evrir ki, bu barədə “Armenia Today”a baş prokurorun müşaviri Lusine Martirosyan bildirib. O, dövlətə 350 milyon dollar məbləğində ziyan vurmaqda ittiham olunurdu.
Martirosyanın sözlərinə görə, prokurorluq Minasyanı 76 maddə üzrə ittiham edir

O, 2022-ci ilin sentyabrına qədər beynəlxalq axtarışda olub. Minasyan 2013-2018-ci illərdə Ermənistanın Vatikandakı səfiri vəzifəsində çalışıb.

Xəbər xətti