İsrail çatdırılma gecikmələri ilə bağlı problemləri aradan qaldırmaq və kritik sursat növləri üzərində müstəqilliyi təmin etmək üçün öz hava qüvvələri üçün öz ağır hava bombalarını hazırlayıb istehsal edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “İsrail Hayom” qəzeti məlumat yayıb.
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri üçün ağır bombaların, o cümlədən 907 kq ağırlığında Amerika aviasiya bombalarına bənzər, Ağ Evin göstərişi ilə təchizatı bir neçə ay dayandırılmış bombaların hazırlanması və istehsalı barədə qərar qəbul edilib.
Bundan əlavə, İsraildə tank və zirehli transportyorların istehsalının artırılması planlaşdırılır. Qəzet həmçinin yazır ki, İsrail hərbçiləri ABŞ-dan F-15 eskadrası və İsrail Hərbi Dəniz Qüvvələri üçün yeni gəmilər almaq üçün nazirlər komissiyasından razılıq gözləyirlər.///tass