İspaniyada Leonardo da Vinçinin saxta rəsmi ələ keçirilib

13:50 - 13 Avqust 2024 - DÜNYA

İspaniya Milli Polisi italyan rəssamı Leonardo da Vinçiyə (1452-1519) aid olduğu iddia edilən rəsmini müddəti bitmiş ixrac icazəsi ilə daşıyan şəxsi saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə krallığın hüquq-mühafizə orqanlarının press-relizində deyilir.

Onların məlumatına görə, rəsm Modane sərhəd-keçid məntəqəsində ələ keçirilib. İxrac lisenziyasında işin dəyərinin təqribən 1,3 milyon avro olduğu və son təyinatın Milan olduğu qeyd edilirdi.

Bildirilir ki, əsər Milli Prado Muzeyinə təhvil verilib və orada ekspertiza zamanı onun 20-ci əsrin əvvəllərində mümkün saxtakarlıq məqsədi ilə edildiyi iddia edilən imitasiya olduğu müəyyən edilib. İstintaq 2022-ci ilin iyul ayından davam edir.///tass

Xəbər xətti