Koreya Respublikası silahlı qüvvələrinin yaranmasının 76-cı ildönümünü qeyd etmək üçün oktyabrın 1-də Seulun mərkəzində parad keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
Paradda Koreya müharibəsi veteranları ilə yanaşı, xidmət zamanı xəsarət almış hərbçilərin də iştirak edəcəyi planlaşdırılır. Hakimiyyət həmçinin sentyabr və oktyabr aylarında hərbi sahədə bir sıra tədbirlər, o cümlədən forumlar və sərgilər keçirməyi planlaşdırır.
Koreya Respublikası adətən hər beş ildən bir hərbi parad keçirir. 2023-cü ildə yürüş əvvəlki prezident Mun Jae-in dövründə keçirilmədiyi üçün 10 ildə ilk dəfə baş tutdu. 2023-cü ildə tədbirdə 4 minə yaxın hərbi qulluqçu və 170-ə yaxın texnika, o cümlədən tanklar və döyüş təyyarələri iştirak edib.