Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kənardan verilən göstərişlər nəticəsində 2008-ci ilin avqustunda avantürist hərəkətlərə əl atdı və nəticədə müharibə ilə nəticələndi.
Ucnoqta.az xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının siyasi şurasının bəyanatında deyilir.
“Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına haqlı olaraq şübhə edir. Lakin fakt odur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun psixi balanssızlığının nəticəsi deyil, kənardan gələn göstərişlər və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi”, - bəyanatda qeyd olunur.