Saakaşvili 2008-ci ildə müharibəyə kənardan gələn sifarişlə başlayıb

10:48 - 13 Avqust 2024 - DÜNYA

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kənardan verilən göstərişlər nəticəsində 2008-ci ilin avqustunda avantürist hərəkətlərə əl atdı və nəticədə müharibə ilə nəticələndi.

Ucnoqta.az xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının siyasi şurasının bəyanatında deyilir.

“Gürcüstan cəmiyyətinin əksəriyyəti Saakaşvilinin adekvatlığına haqlı olaraq şübhə edir. Lakin fakt odur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun psixi balanssızlığının nəticəsi deyil, kənardan gələn göstərişlər və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi”, - bəyanatda qeyd olunur.

Xəbər xətti