Gürcüstan hökuməti yeni Rustavi-Sadaxlo avtomobil yolunun tikintisi üçün Marneuli rayonunda Ermənistanla sərhədə qədər torpaq sahələrini mülkiyyətçilərdən müsadirə edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Novosti-Georgia” iqtisadiyyat nazirinin “Legislative Gazette”də dərc olunmuş əmrinə istinadən məlumat yayıb.
Layihə Şərq-Qərb Beynəlxalq Yol Layihəsi üçün kredit sazişi çərçivəsində Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdirilir.
Mövcud yola paralel uzanacaq yeni marşrut xətti dördzolaqlı olacaq və uzunluğu 11 körpü və keçid daxil olmaqla 30 kilometrə yaxın olacaq. Tikinti 250 milyon avroya başa gələcək.