"Brussels Airlines" İsrailə uçuşların dayandırılmasını avqustun 21-dək uzadıb

15:48 - 12 Avqust 2024 - DÜNYA

Belçikanın "Brussels Airlines" aviaşirkəti İsrailə uçuşların dayandırılmasını avqustun 21-dək uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, son hadisələrlə əlaqədar olaraq, "Lufthansa" Qrupuna məxsus Brussels Airlines yenidən Yaxın Şərqdə uçuş cədvəlini dəyişir. Avqustun 21-i daxil olmaqla, Tel-Əvivə bütün uçuşlar dayandırılıb.

"Brussels Airlines" sərnişinlərə əlavə ödəniş etmədən biletlərin dəyişdirilməsini vəd edib.

Təl-Əvivə biletlər avqustun 31-i daxil olmaqla pulsuz dəyişdirilə bilər.

Xəbər xətti