Sena çayında çimən Olimpiada qalibi xəstəxanaya yerləşdirilib

15:09 - 12 Avqust 2024 - Xəbər

Paris Olimpiadasının bağlanış mərasimində İrlandiya komandasının bayraqdarı seçilən Daniel Vayfen Sena çayında çimdikdən sonra xəstəxanaya yerləşdirildiyinə görə tədbirdə iştirak edə bilməyib.

Ucnoqta.az xəbər evrir ki, bu barədə RMC Sport agentliyi məlumat yayıb.

Məlumata görə, idmançının vəziyyəti avqustun 9-da 18-ci yeri tutduğu açıq suda üzgüçülük üzrə Olimpiya yarışlarında iştirak etdikdən sonra pisləşib. Bağlanış mərasimi günü, avqustun 11-də idmançı səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Xəbər xətti