Lufthansa 5 şəhərə uçuşların dayandırılması müddətini uzadıb

13:23 - 12 Avqust 2024 - DÜNYA

 Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar Lufthansa Qrupuna məxsus aviaşirkətlər Əmman, Beyrut, Tehran, Təl-Əviv və Ərbilə uçuşların dayandırılmasını avqustun 21-dək uzadıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Lufthansa-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, konsern avqustun 21-i daxil olmaqla, İran və İraqın hava məkanından istifadə etməyəcək.

Xəbər xətti