İsrailin baş naziri Benyamin Netanyahu hökumət nazirlərinə İran və Livanın şiə Hizbullah hərəkatının gözlənilən hücumu fonunda "yaxın günlərdə" təhlükəsizlik vəziyyəti ilə bağlı şərh verməkdən çəkinməyi tapşırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kan radiosu məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, Netanyahu qarşıdakı günləri taleyüklü adlandırıb və qeyd edib ki, hazırda təhlükəsizliklə bağlı məsələlərin ictimai müzakirəsi ölümcül nəticələrə səbəb ola bilər.
Kan qeyd edir ki, İsraildəki son qiymətləndirmələrə görə, Tehran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin iyulun 31-də öldürülməsindən sonra verdiyi cavab vədlərinə qayıdaraq hücumda qərarlıdır.