Hindistan Hərbi Dəniz Qüvvələri ikinci nüvə enerjili ballistik raket sualtı qayığını istismara verməyə hazırdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Hindistanın ikinci nüvə enerjili raket sualtı qayığı “Arighat” uzun sınaqlardan sonra Hərbi Dəniz Qüvvələri ilə xidmətə girməyə hazırdır.