Avqustun 11-də Zaporojye Atom Elektrik Stansiyasına (AES) hücum ehtiyatsızlıqdan törədilsə də, nüvə təhlükəsizliyi ilə bağlı vəziyyətə təsir etməyib
Ucnoqta.az xəbər verir ki, Atom Enerjisi Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi bildirib.
Agentliyin məlumatına görə, Zaporojya AES-də iki soyutma qülləsindən birində yanğın baş verib ki, bunun da pilotsuz təyyarənin hücumu nəticəsində baş verdiyi ehtimal edilir. Stansiya əməkdaşları ekspertlərə bildiriblər ki, radiasiya səviyyəsinin artması riski yoxdur. AEBA mütəxəssisləri onların sözlərini təsdiqləyən araşdırma aparıblar.
Qrossinin dediyi kimi, Zaporojjya Atom Elektrik Stansiyasına qarşı hərbi əməliyyatlar BMT Təhlükəsizlik Şurasının 2023-cü ilin mayında təsis etdiyi stansiyanın mühafizəsi prinsiplərinin pozulmasıdır.
“Bu ehtiyatsız hücumlar stansiyada nüvə təhlükəsizliyini pozur və nüvə qəzası riskini artırır. Onlar indi dayanmalıdırlar”, - deyə MAQATE rəhbəri yekunlaşdırıb.