65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Hacı Əliyev peşəkar karyerasını başa vurub.
Ucnoqta.az xəbər verir ki, o, "Bu da son" başlığı ilə edilən paylaşımında yazıb: "Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub. Qazandığım qələbələr tək mənim yox, Azərbaycan xalqının qələbəsi olub. Mənə bu günə qədər dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Hacı Əliyev Paris-2024 Olimpiadasında 1/4 finalda İzmail Muszukayevə məğlub olaraq (3:10) çıxışını başa vurub.