Belarus Silahlı Qüvvələrinin mexanikləşdirilmiş briqadalarından birinin tankları sərhəd qoşunlarının qruplarının gücləndirilməsi ilə bağlı qərar çərçivəsində Ukrayna ilə sərhədə yeridilir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır. Hərbi qulluqçular hərbi texnikanı dəmir yolu nəqliyyatına yükləyir və təyin olunmuş ərazilərə birləşmiş şəkildə yürüş etməyə başlayırlar”, - məlumatda deyilir.