İsrail hərbçiləri Fələstin radikal HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən biri Valid əl-Susini Qəzza zolağının cənubunda məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əl-Susi ordunun əldə etdiyi kəşfiyyat məlumatları əsasında avqustun 9-da axşam saatlarında İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hədəfli hava hücumu nəticəsində məhv edilib.
İsrail ordusunun məlumatına görə, o, Qəzza zolağının cənubunda HƏMAS-ın təhlükəsizlik strukturlarında yüksək vəzifə tutub. Qeyd olunur ki, əl-Susi xüsusilə kəşfiyyat məlumatlarının toplanmasına cavabdeh olub.