Malinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi İsveçin Bamakodakı səfiri Kristina Küneldən ölkəni tərk etməsini tələb edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə X-də idarənin məlumatında deyilir.
Bildirilir ki, İsveçin Bamakodakı səfiri 2024-cü il avqustun 9-da Xarici İşlər Nazirliyinə çağırılıb. Beynəlxalq Əməkdaşlıq və Ticarət nazirinin Malidəki düşmən bəyanatı səbəbindən ona 72 saat ərzində Mali ərazisini tərk etməsi barədə bildiriş verilib.