"Air India" təhlükəsizlik təhdidləri səbəbindən Təl-Əvivə uçuşların dayandırılmasını qeyri-müəyyən müddətə uzadıb.
Ucnoqta.az xəbər verir ki, müvafiq məlumat aviaşirkətin saytında yerləşdirilib.
Avqustun 2-də "Air India" avqustun 8-dək Tel-Əvivə və əks istiqamətdə uçuşlar həyata keçirməyəcəyini bildirib.
Aviaşirkət sərnişinlərə reysin vaxtını dəyişdirmək və ya biletləri pulsuz olaraq ləğv etmək imkanı verib.