Daha bir aviaşirkət Tel-Əvivə uçuşları dayandırıb

16:04 - 9 Avqust 2024 - DÜNYA

 "Air India" təhlükəsizlik təhdidləri səbəbindən Təl-Əvivə uçuşların dayandırılmasını qeyri-müəyyən müddətə uzadıb.

Ucnoqta.az xəbər verir ki, müvafiq məlumat aviaşirkətin saytında yerləşdirilib.

Avqustun 2-də "Air India" avqustun 8-dək Tel-Əvivə və əks istiqamətdə uçuşlar həyata keçirməyəcəyini bildirib.

Aviaşirkət sərnişinlərə reysin vaxtını dəyişdirmək və ya biletləri pulsuz olaraq ləğv etmək imkanı verib. 

Xəbər xətti