Böyük Britaniya Belarusa qarşı sanksiyalar siyahısını doqquz mövqe genişləndirib
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında bildirilir.
Məlumata görə, Belarusun müdafiə-sənaye kompleksinə və respublikanın bəzi islah koloniyalarının rəhbərlərinə qarşı sanksiyalar tətbiq edilib.
Məhdudlaşdırıcı tədbirlər Elektron Hesablama Maşınları Elmi-Tədqiqat İnstitutuna və "StankoGomel" və "Ruxservomotor" müəssisələrinə şamil edilib.
Bundan əlavə, islah koloniyalarının rəhbərləri Denis Tolstenkov, Andrey Palçik, Filip Şturçanka və Aleksey Lazarenkoya qarşı ölkəyə girişin qadağan edilməsi və aktivlərin aşkar edildiyi təqdirdə onların dondurulmasını nəzərdə tutan sanksiyalar tətbiq edilib.