Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, terrorizmlə mübarizənin aspektləri Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ görüşünün mövzusu olub. Dövlət başçısı Novo-Oqarevo iqamətgahında təkbətək görüşün əvvəlində bu məsələlərin müzakirəsi planlarını açıqlayıb.