General günahını etiraf etdi - 19 milyon rüşvət alıb

12:18 - 9 Avqust 2024 - Xəbər

RF Silahlı Qüvvələrinin Rabitə Baş İdarəsinin keçmiş rəisi Vadim Şamarin iş üzrə ikinci müttəhimdən 19 milyon rubl almaqda günahını etiraf edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a generalın vəkili İqor Dyukin məlumat verib.

"Şamarin 19 milyon rubl almaqda günahını qismən etiraf edib. Eyni zamanda, müdafiə tərəfi bu əməlin kvalifikasiyası ilə razılaşmır: biz Şamarinin bu məbləği aldığını etiraf edirik, lakin bunun rüşvət olduğuna inanmırıq”, - müdafiəçi bildirib.

Xəbər xətti