Livanın “Hizbullah” şiə hərəkatı İsrailə gündə 4 minə qədər raket atmağa qadirdir və sakinlər hücum halında bunkerlərdə altı günə qədər qalmalı olacaqlar.
Ucnoqta.az xəbər verir ki, bunu İsrailin Hayfa şəhərinin meri Yona Yahav deyib.
“Bu, İkinci Livan Müharibəsindəki kimi olmayacaq, bunlar çox dəqiq raketlərdir, onların hər gün 4 min raket atması gözlənilir”, - deyə “The Times of Israel” qəzeti yazır.
“Biz sakinləri buna hazırlayırıq. Hər halda, onlardan kifayət qədər yemək və su hazırlamalarını xahiş edirik, çünki onların dörd-altı gün orada qalmalarının lazım olacağını gözləyirik”, - mer bildirib.///tass