2024-cü il Olimpiadasında 200 metr məsafəyə qaçışda üçüncü yeri tutan amerikalı sprinter Noa Layls koronavirusa yoluxub və əlil arabasında stadionu tərk edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Finiş başa çatdıqdan sonra uzun müddət ayağa qalxa bilməyib, stüardlardan su istəyib, sonra isə onu stadiondan aparıblar.
Həmçinin, BBC ABŞ Atletika Federasiyasının (USATF) bəyanatına istinadən xəbər verir ki, iki gün əvvəl idmançı COVID-19 üçün müsbət test alıb, lakin finaldan geri çəkilməmək qərarına gəlib.