İsrail qırıcıları Suriyada hərbi aerodroma zərbə endirib

23:03 - 8 Avqust 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın Homs əyalətindəki Şayrat hərbi aerodromuna zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, Al Hadath telekanalının məlumatına görə, hücum zamanı aviabazanın ərazisində bir neçə güclü partlayış səsi eşidilib və yanğın başlayıb.

Bildirilir ki, raketlər Suriya ordusunun tərəfində vuruşan "Hizbullah"a məxsus silah və sursatların olduğu anbarlara endirilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Xəbər xətti