Həsrət Cəfərov Azərbaycana medal qazandırdı

21:13 - 8 Avqust 2024 - İDMAN

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Paris Olimpiadasında bürünc medal qazanıb.

Ucnoqta.az xəbər verir ki, Paris Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda döyüşdə Həsrət Cəfərov Qırğızıstan təmsilçisi Amantur İsmayılovu məğlub edib.

Qeyd edək ki, daha əvvəl cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. 

Xəbər xətti