Rumıniyanın Navodari şəhərinin Midiya limanında yerləşən gəmiqayırma zavodunun yanalma körpüsündə təmir işləri aparılan gəminin mühərrik hissəsində baş verən yanğın nəticəsində 4 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Agerpress agentliyi məlumat yayıb.
Yanğın söndürüldükdən sonra ölənlərin cəsədləri gəminin içərisindən tapılıb.