Nigeriyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağrıldı

18:59 - 8 Avqust 2024 - DÜNYA

Polşa Xarici İşlər Nazirliyi Nigeriyanın Varşavadakı müvəqqəti işlər vəkilini Şimali Afrika ölkəsində 6 polşalı tələbənin saxlanılması və onları müşayiət etməsi ilə əlaqədar çağırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nigeriyanın Varşavadakı səfirliyinin müvəqqəti işlər vəkili bir qrup polşalı tələbənin azad edilməsi, eləcə də vəziyyəti aydınlaşdırmaq üçün birgə səylər göstərmək məqsədilə Xarici İşlər Nazirliyinə dəvət edilib.

Xəbər xətti