Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcək - Papoyan

13:09 - 8 Avqust 2024 - DÜNYA

Ermənistan Azərbaycan tərəfinin tələbi ilə konstitusiyaya dəyişiklik etmək niyyətində deyil.

Bu bəyanatla Ermənistanın Baş Naziri Nikol Paşinyanın partiyasının sədr müavini və İqtisadiyyat naziri Gevorq Papoyan brifinqdə çıxış ediblər.

“Ermənistan Respublikası öz konstitusiyasını Ermənistan vətəndaşlarının qərarı ilə dəyişdirə bilər, Ermənistan Respublikası heç bir ölkənin tələbi ilə öz konstitusiyasını dəyişdirməyəcək. Dəyişdirmək və ya dəyişməmək Ermənistan Respublikasının daxili işləridir” - o, qeyd edib.

Xəbər xətti