Banqladeşdə son həftələrdə etiraz aksiyaları, iğtişaşlar və qarşıdurmalarda ən azı 560 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Protom Alo” xəbər portalı məlumat yayıb.
Avqustun 7-də axşam saatlarına olan məlumata görə, baş nazir Şeyx Hasinanın istefasından sonrakı üç gün ərzində 232 nəfərin öldüyü məlum olub.
Bundan əvvəl - iyulun 16-dan avqustun 4-dək toqquşmalarda təxminən 328 nəfər həlak olub.