Banqladeşdə iğtişaşlar nəticəsində ölənlərin sayı 560-a çatıb

12:06 - 8 Avqust 2024 - DÜNYA

Banqladeşdə son həftələrdə etiraz aksiyaları, iğtişaşlar və qarşıdurmalarda ən azı 560 nəfər həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Protom Alo” xəbər portalı məlumat yayıb.

Avqustun 7-də axşam saatlarına olan məlumata görə, baş nazir Şeyx Hasinanın istefasından sonrakı üç gün ərzində 232 nəfərin öldüyü məlum olub.

Bundan əvvəl - iyulun 16-dan avqustun 4-dək toqquşmalarda təxminən 328 nəfər həlak olub.

Xəbər xətti