Yaponiyada 6,9 bal gücündə zəlzələ baş verib

11:59 - 8 Avqust 2024 - DÜNYA

Yaponiyanın cənub-qərbində Kyuşu adası yaxınlığında 6,9 bal gücündə zəlzələ qeydə alınıb və sunami təhlükəsi elan edilib.

Ucnoqta.az xəbər evrir ki, bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin ocağı okeanın dibinin 30 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti