"Debbi" qasırğası Cənubi Karolina ştatına çatdı

10:31 - 8 Avqust 2024 - DÜNYA

 Debbi qasırğası Cənubi Karolina ştatına çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.

Bildirilir ki, küləyin maksimal sürəti 24 m/s-dir. Fırtına xəbərdarlığı Şimali və Cənubi Karolina və Qərbi Virciniya üçün qüvvədədir.

Avqustun 3-də Kuba sahillərində "Debbi" tropik qasırğası əmələ gəlib və Meksika körfəzinə doğru irəliləməyə başlayıb. Avqustun 5-də o, qasırğaya qədər güclənib.

Xəbər xətti