Avstraliyanın Sidney Universitetinin müəllimləri tərəfindən aparılan araşdırmada maraqlı nəticələr əldə edilib. Gündəlik 4,5 dəqiqə intensiv fiziki fəaliyyət bəzi xərçəng növlərinin riskini 32 faizə qədər azalda bilər.
Ucnoqta.az xəbər verir ki, Euronews xəbər saytının son araşdırmasına görə, 4,5 dəqiqəlik qısa məşq etmək bəzi xərçəng növlərinin riskini 32 faizə qədər azaldır. Sidney Universitetinin sədrliyi ilə Prof. Dr. Emmanuel Stamatakis tərəfindən aparılan bu araşdırma çərçivəsində 7 ildir idman etməyən 22 mindən çox insan müşahidə edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, gündə 4,5 dəqiqə intensiv fiziki fəaliyyətlə əlaqəli xərçəng növlərinin inkişaf riskini 32 faizə qədər azalda bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fiziki fəaliyyətlə əlaqəli olduğu 13 xərçəng növünü araşdırmaqdan əlavə, tədqiqatçılar iştirakçıların ümumi xərçəng riski nisbətlərini də müşahidə ediblər. Xərçəng tarixi olan insanlar tədqiqata daxil edilməyib. Tədqiqatda iştirak edən insanların fəaliyyətləri hərəkəti ölçən və biləkdə taxıla bilən cihazlardan istifadə edilərək izlənilib.
Boş vaxtlarında idman etməyən və təxminən həftədə bir dəfə yeriyən insanların müşahidə edildiyi araşdırmanın orta yaşı 62 olaraq qeyd edilib. Stamatakis əvvəlki araşdırmaların idman etməyən insanların xərçəngə tutulma riskinin daha yüksək ola biləcəyini göstərdiyini bildirib.
"Orta yaşlı insanların çoxunun nizamlı idman etməməsinin onları xərçəng riski ilə qarşı-qarşıya qoyduğunu bilirik. Ancaq fiziki fəaliyyət izləmə cihazları kimi texnologiyaların ortaya çıxması ilə qısa müddətli fiziki fəaliyyətin təsirini araşdıra bilərik" – Stamatakis deyir.
Sıx ev işləri, sürətli yerimə və pilləkən qalxma kimi qısa müddətli fəaliyyətlərin araşdırıldığı araşdırmada tədqiqatçılar fiziki fəaliyyət artdıqca faydanın da artdığını qeyd ediblər. Sözügedən fəaliyyətlərin əksəriyyətinin təxminən bir dəqiqə davam etdiyi bildirilib.