Türkiyə Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində açdığı iddiaya qoşulub.
Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin ədalət komitəsinin rəhbəri Cüneyt Yüksel deyib.
“Biz fələstinlilərin maraqlarını müdafiə edərək bu iddianı sona qədər davam etdirəcəyik. Bu gündən etibarən Türkiyə İsrailə qarşı iddiaya dosye təqdim edərək qoşulur”, - Yüksel bildirib.