İranın İsrailə mümkün zərbəsinin hədəfləri məlum olub

16:37 - 7 Avqust 2024 - DÜNYA

İran İsrailə qarşı hücumda Qüds və Təl-Əvivdəki hökumət binalarını, o cümlədən baş nazir Benyamin Netanyahunun ofisi və parlamenti vurmağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin “Defapress” portalı yazır.

Materialda mümkün hədəflər arasında Tel-Əvivdəki Ben-Qurion hava limanı, Hayfa hava limanı və yəhudi dövlətinin cənubundakı Ramon hava limanının da adı çəkilir. Bundan əlavə, 8 hava bazası, 3 liman və bir sıra enerji infrastrukturu obyektləri hədəfə çevrilə bilər.

Həmçinin hücumun “tezliklə” baş verəcəyi qeyd edilir.

Xəbər xətti