UEFA Rodri və Moratanı cəzalandırdı

14:55 - 7 Avqust 2024 - İDMAN

İspaniya millisinin futbolçuları Rodri və Alvaro Morata Cəbəllütariqin milliyyətini mübahisələndirən mahnıya görə milli komandanın bir oyunundan kənarlaşdırılıblar.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

UEFA-nın Etika Komissiyası hadisəni əsas davranış qaydalarının pozulması hesab edib, həmçinin idmana xas olmayan xarakterin təzahürü və futbolu bir idman növü kimi nüfuzdan salan hal kimi qiymətləndirib.

Hadisə iyulun 15-də Madriddə İspaniya millisinin futbol üzrə Avropa çempionatında qələbəsini qeyd edərkən baş verib.

İyulun 16-da Cəbəllütariq Futbol Assosiasiyası UEFA-ya şikayət göndərdiyini açıqlayıb.

Xəbər xətti