İndoneziya və Rusiya donanmaları 4-8 noyabr tarixlərində Şərqi Yava əyalətinin Surabaya şəhərində ilk ikitərəfli təlim keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İndoneziya Müdafiə portalı vitse-admiral Denih Hendratuya istinadən məlumat yayıb.
Bildirilir ki, ilk ikitərəfli təlimlər "Orruda 2024" adlanacaq. Qeyd olunur ki, bu, İndoneziya müstəqillik əldə etdikdən sonra Rusiya ilə ilk birgə təlimdir.
Hər iki tərəfdən üç gəminin iştirak edəcəyi gözlənilir. Təlim Surabayadakı baza fazasından və Yava dənizi ərazisində baş tutacaq dəniz fazasından ibarət olacaq.